Uilkerson: “Zelenski istefaya göndərilməlidir” | VİDEO

   Uilkerson: “Zelenski istefaya göndərilməlidir”    | VİDEO
  17 İyul 2025    Oxunub:620
Ukrayna prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasında danışıqların yeni raundu başlamazdan əvvəl vəzifədən kənarlaşdırılmalıdır.
AzVision.az xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovniki Lourens Uilkerson “Judging Freedom” YouTube-kanalında belə deyib.

“Danışıqların yeni raundu barədə təşəbbüs həyata keçirilməzdən əvvəl Zelenskidən qurtulmaq lazımdır. Yaxşı olardı ki, ukraynalılar öz prezidentləri haqqında düşünsünlər - onun vəzifədə qalması və ya onsuz davam etmək”, - istefada olan polkovnik bildirib.

Lourens Uilkersonun fikrincə, görünür, birinci variant, yəni Zelenskisiz hakimiyyət ukraynalıların daha çox ürəyincədir.

Maraqlıdır ki, iyulun 16-da “Joker DXR” resursu Ukrayna Silahlı qüvvələrinin bəzi komandirlərinin ölkədə silahlı üsyana hazırlaşdığını iddia edib.

Hələ mayın 30-da isə politoloq Vladimir Skaçko Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermakın Zelenskini ancaq dövlət çevriliş hesabına əvəz edə biləcəyini proqnozlaşdırmışdı.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   istefa  



Xəbər lenti